XƏBƏRLƏR / Turizm

Tehran-Van sərnişin qatarının fəaliyyəti bərpa edilir

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib

Tehran-Van sərnişin qatarının fəaliyyəti bərpa edilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Dəmir Yolları ilə aparılan danışıqlar nəticəsində Tehran-Van sərnişin qatarı martın 9-dan etibarən fəaliyyətini bərpa edəcək.

    Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu verdiyi açıqlamada "Türkiyə ilə İran arasında dəmir yolu əməkdaşlığı regional nəqliyyatın gücləndirilməsi və turizm hərəkətliliyinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Tehran-Van qatarının yenidən fəaliyyətə başlaması həm iqtisadi, həm də mədəni əlaqələri daha da gücləndirəcək" deyib. 

    İran Sərnişin Daşıma Şirkəti (RAJA) tərəfindən idarə olunacaq qatar 40 nəfər tutumlu yeddi kupe vaqonundan ibarət olacaq və həftədə iki gediş-gəliş edəcək.

    İlk səfərin martın 9-da Tehrandan, martın 10-da isə Vandan həyata keçiriləcəyini bildirən Uraloğlu "Tehran-Van sərnişin qatarı bazar və çərşənbə günləri saat 13:00-da, Vandan isə çərşənbə axşamı və cümə axşamı günləri saat 21:00-da yola düşəcək" deyib.

    Tehran-Van sərnişin qatarı pandemiya səbəbi ilə fəaliyyətini 2020-ci ildən dayandırmşdı.