Gələn ildən Ayasofya məscidinə giriş pullu olacaq
Bunu əcnəbi turistlər barədə Türkiyənin turizm naziri Mehmet Ersoy deyib
Türkiyənin turizm naziri Mehmet Ersoy 2024-cü il yanvarın 15-dən İstanbuldakı Ayasofya məscidinə girişin əcnəbi turistlər üçün ödənişli olacağını bildirib.
2020-ci ildə Türkiyənin ən məşhur muzeyi məscidə çevriləndə Ərsoy qeyd edib ki, məscid mədəni-tarixi irs obyekti kimi dövlət himayəsində qalacaq və ora giriş bütün yerli və xarici turistlər üçün pulsuz olacaq.