XƏBƏRLƏR / Turizm

Turistlərin Romadakı Trevi fəvvarəsinə atdığı pullar sayılıb

Trevi fəvvarəsinin illik gəliri Milli Roma Muzeyinin gəlirini üstələyib

Turistlərin Romadakı Trevi fəvvarəsinə atdığı pullar sayılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Turistlər bir ildə Romadakı Trevi fəvvarəsinə 1,6 milyon avro dəyərində xırda pul töküblər.

    2023-cü ildə sikkələrin ümumi çəkisi 33 ton olub və məşhur Trevi fəvvarəsinin illik gəliri Milli Roma Muzeyinin gəlirini üstələyib.

    Toplanan vəsait "Caritas" xeyriyyə təşkilatı tərəfindən idarə olunur.