XƏBƏRLƏR / Turizm

Azərbaycana gələn turistlərin sayı 28%-dən çox artıb

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Azərbaycana gələn turistlərin sayı 28%-dən çox artıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2 milyon 209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8 faizi İran, 4,1 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49 faiz, İordaniyadan - 40 faiz, Polşadan - 35,5 faiz, İrandan - 33,2 faiz, İtaliyadan - 32,4 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 27 faiz, Yəməndən - 26,2 faiz, Niderlanddan - 21,7 faiz, Almaniyadan - 21,3 faiz, ABŞ-dan - 20,7 faiz, Misirdən - 20 faiz, Özbəkistandan - 19,5 faiz, Rusiya Federasiyasından - 19 faiz, Ukraynadan - 17 faiz, Tacikistandan - 16,7 faiz, Türkiyədən - 15,8 faiz, Fransadan - 14,6 faiz, Küveytdən - 12,1 faiz, Böyük Britaniyadan - 11,4 faiz, Moldovadan - 10,6 faiz artıb.

    2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.