XƏBƏRLƏR / Turizm

“Arkia” İsrail Hava Yolları Azərbaycana turistləri gətirəcək

Bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus məlumat verib

“Arkia” İsrail Hava Yolları Azərbaycana turistləri gətirəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin Azərbaycandakı səfiri Ronen Kraus: “Arkia” İsrail Hava Yolları tezliklə Azərbaycana uçuşlar həyata keçirməyə başlayacaq.

    “Biz ümid edirik ki, oktyabr ayından daha bir İsrail şirkəti “Arkia” Azərbaycana uçuşlar həyata keçirməyə başlayacaq”, - deyə o qeyd edib və vurğulayıb ki, İsraildən gələn sərnişinlər 100% turistdir, AZAL-ın reyslərindən isə həm də tranzit sərnişinlər istifadə edir.

    Səfir daha sonra qeyd edib ki, tərəflər qarşıdan gələn birgə tədbirlər və mümkün qarşılıqlı səfərlər üzərində işləyirlər: "İlk növbədə, noyabr ayında Azərbaycanda Avropa ravvinlərinin konfransı keçiriləcək. Bu konfransda Avropa və digər ölkələrdən xeyli sayda ravvin iştirak edəcək. Ümid edirəm ki, İsraildən də nümayəndələri görəcəyik. Biz həm Azərbaycana, həm də İsrailə yüksək səviyyəli nümayəndə heyətlərinin əlavə səfərlərinin təşkili üzərində işləyirik".

    Avqustun 18-də İsrail mətbuatı "Arkia"nın Bakıya uçuşlarının bərpası barədə məlumat yayıb.