XƏBƏRLƏR / Turizm

Bu il Bakıda ən azı 4 brend hotelin açılışı gözlənilir

Bunu Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam söyləyib

Bu il Bakıda ən azı 4 brend hotelin açılışı gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda ölkəmizdə 800-ə yaxın yerləşmə vasitəsi fəaliyyət göstərir.

    Bunu Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam söyləyib.

    Günay Sağlam

    “Yaxın zamanda Bakı və regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində bir neçə brend hotelin açılışı nəzərdə tutulur. Bakıda ən azı 4 brend hotelin açılışı və 4 beynəlxalq brendə rebrendinq gözlənilir. Regionlarda tələblərin yüksəlməsi kiçik və orta yerləşmə vasitələrində inkişafa gətirib çıxarıb”, - deyə baş icraçı direktor bildirib.