Azərbaycana İsraildən turist axını 3 dəfəyə yaxın artıb
Dövlət Statistika Komitəsi xəbər verir

Bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən 979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, gələnlərin 24,6 %-i Rusiya, 17,7 %-i Türkiyə, 10,7 %-i Hindistan, 8,6 %-i İran, 4,4 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail, hər birindən 1,9 % olmaqla Özbəkistan və Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,2 %-i digər ölkələrin vətəndaşları olub, 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 %, Qırğızıstandan - 39,5 %, Yaponiyadan - 35,4 %, Pakistandan - 21,1 %, Qazaxıstandan - 20,4 %, Cənubi Koreyadan - 18,2 %, Niderlanddan - 17,7 %, Səudiyyə Ərəbistanı və BƏƏ-dən - 17,5 %, Kanadadan - 17 %, ABŞ-dan - 16 %, İspaniyadan - 15,7 %, Hindistandan - 15,1 %, İtaliyadan - 13,2 %, Misirdən - 10,6 % artıb.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 % artaraq 39 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 % azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 % azalaraq 326,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 10,4 % artaraq 460,5 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.