5 ay ərzində Azərbaycana 1 milyona yaxın turist gəlib
Bunu Dövlət Turizm Agentliyindən bildiriblər

Yanvar-may aylarında Azərbaycana 979 963 turist gəlib.
"Biz milyona yaxınlaşırıq. Bu, onu göstərir ki, Azərbaycana səfər etmək istəyənlərin sayı ildən-ilə artır", - Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Şahdağda yay mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2030-cu ilədək turizm sektorunda ÜDM-in artımının 11,5 milyard manata, qeyri-neft və qeyri-qaz iqtisadiyyatında turizmin payının 8,2 faizə, turizm gəlirlərinin isə 7,4 milyard manata çatdırılması proqnozlaşdırılır.