XƏBƏRLƏR / Turizm

Madriddə keçirilən FITUR turizm sərgisində Azərbaycan stendi

Məlumatı Dövlət Turizm Agentliyi yayıb

Madriddə keçirilən FITUR turizm sərgisində Azərbaycan stendi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dörd yerli tərəfdaşla birgə təşkil etdiyi Madriddə keçirilən FITUR turizm sərgisində Azərbaycanın turizm imkanları nümayiş etdirilir.

    Bu barədə agentlik məlumat yayıb.

    Bildirilir ki, ispandilli ölkələrin mötəbər turizm tədbirlərindən biri hesab edilən sərgidə Avropa və Latın Amerikasının bir sıra ölkələrinin turoperator və turizm agentlikləri, eləcə də aviaşirkətləri ilə B2B formatında görüşlər keçirilir. 

    Görüşlərdə Azərbaycanın turizm potensialı haqqında geniş məlumat veriləcək, milli mətbəx nümunələri, şərabçılıq imkanları, qolf, eləcə də qış turizmi, xizək kurortları, işgüzar turizm və s. nümayiş etdiriləcək.

    Ölkəmizin stendini Azərbaycanın İspaniyadakı səfiri, eləcə də Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov ziyarət edib.

    Yanvarın 28-dək davam edəcək sərgidə 152 ölkədən 9 mindən çox şirkət iştirak edir. Onu 150 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.