BƏƏ ölkədə ilişib qalmış turistlərin xərclərini ödəyəcək
BƏƏ-də regional münaqişə fonunda qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var
BƏƏ regional münaqişə fonunda ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq.
“Time Out Dubai” xəbər verir ki, BƏƏ hava sahəsinin müvəqqəti bağlanması səbəbindən, bütün daxili və xarici uçuşlar ləğv edilib.
BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi ölkəsinə qayıda bilməyən bütün turistlərin yaşayış xərclərinin dövlət hesabına ödəniləcəyini bildirib.
Qeyd edək ki, hazırda BƏƏ-də regional münaqişə fonunda qalmış turistlər arasında Azərbaycan vətəndaşları da var. Onların xərclərini də BƏƏ hökuməti qarşılayacaq.
1 dəqiqədən az