XƏBƏRLƏR / Turizm

Azərbaycandan turist axını 1 % artıb

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir

Azərbaycandan turist axını 1 % artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-aprel ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % artaraq 632,7 min nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 %, Gürcüstana gedənlərin sayı 20,4 % artıb, Türkiyəyə gedənlərin sayı 6,3 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 % azalıb.

    Hesabat dövründə Azərbaycan vətəndaşlarının 36,1 %-i Türkiyəyə, 16,1 %-i Rusiyaya, 11,1 %-i Gürcüstana, 11 %-i İrana, 25,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,9 %-ini kişilər, 33,1 %-ini qadınlar təşkil edib.