XƏBƏRLƏR / Turizm

"Azərbaycan-Ermənistan sərhədinə səyahətdən çəkinin!"

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına rəsmi xəbərdarlıq edib

"Azərbaycan-Ermənistan sərhədinə səyahətdən çəkinin!"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Bakı ilə İrəvan arasında yaranmış gərginliklə əlaqədar Ermənistan-Azərbaycan şərti sərhədinin 5 km-lik məsafəsində hər hansı səyahətdən çəkinməyə çağırıb.

    Bundan əlavə, nazirlik, həmçinin fövqəladə zərurət halları istisna olmaqla, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə də hər hansı səfərdən çəkinməyi tövsiyə edir.

    Xatırladaq ki, aprelin 7-də Azərbaycanın Cəbrayıl rayonunda sursatın partlaması nəticəsində Azərbaycan hərbçisi həlak olub. Həmçinin, mart ayından etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun sərhəddəki mövqelərini vaxtaşırı atəşə tutub.