Azərbaycana gələn turistlərin sayı 11% azalıb
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib
2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycana 186 ölkədən 871.700 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11% azdır.
Bu azalmanın əsas səbəbləri aviabiletlərin yüksək qiymətləri və turizm xidmətlərinin qiymətlərinin artmasıdır. Həmçinin, Yaxın Şərqdəki vəziyyətin azalmaya səbəb olduğu düşünülür.
1 dəqiqədən az