XƏBƏRLƏR / Turizm

İsraillilər Azərbaycana gələn turistlər arasında liderdilər

Bu haqda Azərbaycanın Tel-Əvivdəki səfiri Muxtar Məmmədov məlumat verib FOTO

İsraillilər Azərbaycana gələn turistlər arasında liderdilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "The Jerusalem Post" qəzetinin məlumatına görə, İsrail Turizm Cəmiyyəti və Terra Nova tərəfindən təşkil edilən konfrans İsraildə baş direktoru İmri Kalmanın rəhbərliyi ilə keçirilib.

    Tədbir zamanı Azərbaycanın Tel-Əvivdəki səfiri Muxtar Məmmədov bildirib ki, israillilər Azərbaycana gələn turistlərin sayına görə dünyada digər ölkələrlə müqayisədə liderlik edir və bu tendensiyanın davam edəcəyini qeyd edib.

    Səfir qeyd edib ki, Azərbaycan Hava Yolları müharibə dövründə belə İsrailə uçuşlar davam etdirən azsaylı şirkətlərdən biridir - bu jest israillilərin mütləq xatırlayacaqları bir jestdir.

    Tədbir zamanı "Lametayel" şirkətinin rəqəmsal texnoloqiyalar üzrə vitse-prezidenti Revital Horeş son sorğunun nəticələrini təqdim edib. Sorğuya əsasən, İsrail turistləri üçün ən populyar istiqamətlər Yaponiya, Tailand və Azərbaycandır.