Tailandın sərtləşdirdiyi viza qərarı Azərbaycana aid edilmir
15 sentyabr tarixindən əcnəbilərin ölkəyə gəlişi və qalma müddəti ciddi məhdudiyyətlərə məruz qalıb
Tailand Azərbaycanı gəliş zamanı viza almaq hüququ olan ölkələr siyahısında saxlayıb - Bankok Post.
Ölkə15 sentyabr tarixindən etibarən əcnəbilərin ölkədə qalma müddətini 60 gündən 30 günə qədər məhdudlaşdıran yeni qaydalar tətbiq edib. Krallıq vizasız 60 ölkənin yeni siyahısını hazırlayıb və həmçinin gəliş zamanı viza almaq hüququ olan ölkələrin sayını məhdudlaşdırıb. Siyahı 31-dən üç ölkəyə endirilib, bunlara Azərbaycan, Belarus və Serbiya daxildir.
1 dəqiqədən az