İstanbul rekord sayda - 17 milyon xarici turisti qəbul edib
Bu barədə 2023-cü ilin yekunlarına görə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi xəbər verir
İstanbul 2023-cü ildə rekord sayda 17 milyon xarici turisti qəbul edib.
2023-cü ilin sonunda İstanbula xarici turist axını 17 milyonu keçib; Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin statistikasına görə, Rusiyadan Türkiyənin ən böyük şəhərinə 2 milyona yaxın turist gəlib.
Nazirliyin məlumatına görə, 2023-cü ildə İstanbula 17,37 milyon xarici ziyarətçi gəlib ki, bu da bir il əvvəlkindən 8,4% çoxdur.
Rusiya İstanbula turist axını baxımından birinci yeri tutub, şəhəri 1,99 milyon turist ziyarət edib. İkinci yerdə 1,28 milyon nəfərlə Almaniya, üçüncü yerdə isə bir milyondan çox qonağı olan İran qərarlaşıb. Həmçinin ilk onluqda ABŞ (853,8 min), Böyük Britaniya (701,4 min), Səudiyyə Ərəbistanı (604,5 min), Fransa (589,1 min), İtaliya (431,6 min), İraq (404,6 min) və Özbəkistan (389,7 min) yer alıb.
Dekabrda şəhərə 1,3 milyondan çox səyahətçi gəlib. Dekabrda İstanbula ən çox gələn ruslar olub - 148 min, onların ümumi xarici turist axınındakı payı 11,2% təşkil edir. İkinci yerdə Almaniya (97,6 min, pay - 7,4%), ilk üçlüyü İran (88 min, 6,7%) qapayır. İlk beşliyə həmçinin Böyük Britaniya (3,8%) və ABŞ (3,8%) daxildir. İlk 10-luğa Fransa (3,5%), İtaliya (2,9%), Səudiyyə Ərəbistanı (2,7%), Hollandiya (2,2%) və Özbəkistan (2,1%) daxildir.