Toivo Klaar yenə regiona gəlib
Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvanda Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşüb
Oktyabrın 12-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin verdiyi məlumata görə, görüş zamanı həmsöhbətlər regionda təhlükəsizlik problemlərinə və sabitliyin qorunması məsələlərinə toxunublar. Tərəflər Brüsseldə planlaşdırılan üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə ediblər.