XƏBƏRLƏR / Turizm

"Azərbaycan səfirliyinə hücuma görə 1,8 mln turist itirdik"

Bunu İranın mədəni irs nazirinin müavini Ənuşirəvan Möhseni etiraf edib

"Azərbaycan səfirliyinə hücuma görə 1,8 mln turist itirdik"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın mədəni irs nazirinin müavini Ənuşirəvan Möhseni: Azərbaycanın İrandakı səfirliyinə hücuma görə 1,8 milyon azərbaycanlı turisti itirdik.

    "2019-cu ildə ölkəyə 9 milyon 800 min turist gəlib. Pandemiya növbəti ildən başlayıb. Azərbaycan səfirliyi ilə bağlı insident nəticəsində Azərbaycandan 1 milyon 800 min turist itirdik", - Möhseni bildirib.