AZAL Rusiyanın daha bir şəhərinə uçmayacaq
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb
Kazan üzərində hava məkanının vaxtaşırı bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Bu marşrut üzrə bilet alan sərnişinlər cərimə olmadan pulunu tam geri qaytara və ya istiqaməti dəyişə bilərlər. Bunun üçün aviaşirkətlə callcenter@azal.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq lazımdır”, - deyə mətbuat xidmətindən bildirilib.
"AZAL vəziyyəti diqqətlə izləməkdə davam edir və cədvəldə hər hansı dəyişiklik barədə sərnişinləri operativ məlumatlandırır", - deyə aviaşirkət xatırladır.