Gürcüstanda sonuncu 20-ci türk hərbçisinin cəsədi tapılıb
Bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib
13:10
Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində həlak olan hərbçilərin nəşi bu gün Türkiyəyə gətiriləcək.
Bu bərədə TRT məlumat yayıb.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.
***
12:48
Azərbaycandan Türkiyəyə uçan və Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 hərbi nəqliyyat təyyarəsindəki sonuncu hərbçinin cəsədi tapılıb, - TRT Haber
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib: "Axtarış tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəmizin qalıqları arasından 20-ci şəhidimizin cəsədi tapılıb".
1 dəqiqə