XƏBƏRLƏR / Təyyarə qəzası

AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə abidə qurulub

Bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır

AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə abidə qurulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğradığı yerdə ucaldılan abidənin görüntüləri yayımlanıb.

    Bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır.

    Tüpkaraqan rayonunun akimi yerli mediaya izah edib ki, abidənin qurulması Manqistau vilayətinin sakinlərinin təşəbbüsü ilə baş tutub: “Onlar öz vəsaitləri hesabına həlak olanların xatirəsini yad etmək qərarına gəliblər, heç bir büdcə vəsaiti istifadə olunmayıb”.

    Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.