XƏBƏRLƏR / Təyyarə qəzası

Britaniya AZAL təyyarəsinin qəzası tədqiqatında yardım edir

Bu barədə Avropa, Şimali Amerika və Xarici ərazilər üzrə dövlət naziri Stiven Dauti bildirib

Britaniya AZAL təyyarəsinin qəzası tədqiqatında yardım edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa, Şimali Amerika və Xarici ərazilər üzrə dövlət naziri Stiven Dautinin nümayəndələri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə qəzasının araşdırılmasında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə əlaqə saxlayırlar. Doughty bunu Mühafizəkarlar Partiyasından parlament üzvü Vendi Mortonun Britaniya hökumətinə ünvanladığı AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı sualına cavab olaraq bildirib.

    “Fikirlərimiz həlak olanların ailə üzvləri və yaxınları da daxil olmaqla, bu hadisədən əziyyət çəkən hər kəsin yanındadır” deyib.

    Diplomatın sözlərinə görə, London “faciənin hərtərəfli və müstəqil araşdırılmasını təmin etməkdə Braziliya, Azərbaycan və Qazaxıstanı dəstəkləyir”.

    “Mənim nümayəndələrim Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx əlaqə saxlayırlar”, - o vurğulayıb.

    AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

    İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.