XƏBƏRLƏR / Təyyarə qəzası

Rusiya MH17 reysinin qəzaya uğramasında təqsirli bilindi

Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarə qəzası haqda qərar verib

Rusiya MH17 reysinin qəzaya uğramasında təqsirli bilindi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysinin qəzaya uğramasında Rusiyanı təqsirli bilib. Bu barədə "Associated Press" məlumat yayıb.

    Malayziya Hava Yollarına məxsus sərnişin reysi 2014-cü il iyulun 17-də Donbass səmasında vurulub. Qəza nəticəsində 298 nəfər - 17 ölkənin vətəndaşları həlak olub, həlak olanların təxminən üçdə ikisi Hollandiya vətəndaşları olub. Haaqa məhkəməsi təyyarənin Rusiya istehsalı olan “Buk” raketi ilə vurulduğunu müəyyən edib. Raket atışdan az əvvəl Rusiya Federasiyasının Kursk vilayətindən qondarma “Donetsk Xalq Respublikası” adlanan əraziyə çatdırılıb.

    AİHM-in qərarı əsasən simvolikdir, lakin qəzada həlak olanların ailələri üçün bu, onların ədalət uğrunda 11 illik mübarizəsində mühüm addımdır. Oğlu təyyarə qəzasında ölən Tomas Şansman deyib: "Bu, kimin həqiqətən məsuliyyət daşıdığını anlamaq üçün real addımdır".

    AİHM-in ikinci qərarı ilk dəfə olaraq Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından sonra insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını müəyyən edib.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Hollandiya və Ukraynanın iddiaları ilə bağlı AİHM qərarlarını tanımır və onları həyata keçirmək niyyətində deyil. “Biz bunları həyata keçirməyə hazırlaşmırıq, biz onları etibarsız hesab edirik," - o qeyd edib.