XƏBƏRLƏR / Təyyarə qəzası

AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırılıb

Qazaxıstan mətbuatı xəbər verir

AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yanvarın 5-də Qazaxıstanın Mangistau vilayətinin akimi Nurdaulet Kilıbay Aktauda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xilas edilməsində şücaət göstərmiş vətəndaşları mükafatlandırıb.

    Qazaxıstan mətbuatı xəbər verir ki, təcili yardım xidmətlərinin əməkdaşları, həkimlər və regional şirkətlərin nümayəndələri “Aybın” və “Kurmet” ordenləri ilə təltif ediliblər.

    Pilotlar, xilasedicilər, həkimlər və aviadispetçerlər “Cəsarət” medalı ilə təltif olunublar.

    Daha 51 nəfərə Qazaxıstan Prezidenti adından təşəkkürnamə təqdim edilib.

    Qeyd edək ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.