XƏBƏRLƏR / Təyyarə qəzası

Qəzaya uğrayan AZAL təyyarəsinə həsr olunmuş marka buraxılıb

Poçt markasının buraxılışı AZAL və "Azərpoçt" MMC-nin birgə təşəbbüsüdür

Qəzaya uğrayan AZAL təyyarəsinə həsr olunmuş marka buraxılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinə həsr olunmuş poçt markası buraxıb.

    Markanın təqdimatı Azərbaycan Milli Tarix Muzeyində baş tutub.

    Markanın dizaynında sonsuzluq simvolu var.

    Markanın buraxılışı AZAL və "Azərpoçt" MMC-nin birgə təşəbbüsüdür və Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasının ildönümünə təsadüf edir.

    Markanın təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib: "Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisədən bir il sonra yaradılmış komissiyanın ilkin hesabatı bu ilin yanvar ayının sonunda təqdim edilib. Lakin yekun hesabat hələ tamamlanmayıb".