AZAL təyyarəsinin həlak olan ekipaj üzvləri anılıb FOTO
Tfan dağ silsiləsində Aktau yaxınlığında həlak olan ekipaj üzvləri və sərnişinlərinin xatirəsi əbədiləşdirilib
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında həlak olan ekipaj üzvləri və sərnişinlərinin xatirəsi əbədiləşdirilib.

Azərbaycanlı alpinistlər “Xınalıq və Köçəri Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisində təyyarə qəzasında həlak olan qəhrəmanların adları yazılmış xatirə lövhəsi quraşdırıblar.

Lövhədə ekipaj üzvlərinin - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Xokyuma Əliyevanın adları, həmçinin "Həlak olan ekipaj üzvlərinin və sərnişinlərin xatirəsinə" yazısı var.
1 dəqiqədən az