Rusiya Litvaya atom bombası atmağa hazırlaşır?
Bu barədə Rusiyanın dövlət informasiya agentliyi olan "RİA Novosti" məlumat dərc edib
Bu gün Rusiyanın dövlət xəbər agentliyi "RİA Novosti" "Rusiyanı daha bir SVO (Xüsusi Hərbi Əməliyyat - ANS Press) gözləyir. O çox qısa olacaq" başlıqlı məqalə dərc edib.

Lakin sonra, görünür, nəsə səhv gedib və məqalə üç saat sonra silinib.
Məqalədə Rusiya taktiki nüvə zərbəsi endirməklə Litvanı tez bir zamanda məğlub edəcəyi haqda informasiya dərc edilmişdi.
Litva ilə bağlı oxşar ritorika əvvəllər Rusiyanın keçmiş prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tərəfindən də istifadə olunmuşdu. Xüsusilə, Medvedev iddia edirdi ki, Rusiyanın nüvə zərbəsi endiriləcəyi təqdirdə Litva "mövcudluğunu dayandıra bilər".
Bu arada, Danimarka kəşfiyyatı Rusiyanın yaxın aylarda NATO ölkəsinə qarşı məhdud hərbi əməliyyat keçirə biləcəyi ehtimalını "aşağı, lakin get-gedə artan" adlandırıb.
1 dəqiqə