XƏBƏRLƏR / Media

"Global Media Group" saytlarına yenə haker hücumu YENILƏNİB

İki gün əvvəl bu saytlara kütləvi haker hücumu olmuşdu

"Global Media Group" saytlarına yenə haker hücumu YENILƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:30

    "Caliber.az" xəbər saytı "Telegram" kanalında belə şərhlə çıxış edib: 

    "Veb saytımız və serverlərimiz yenidən güclü haker hücumuna məruz qalıb. Artıq xəbər verdiyimiz kimi, bu həvəskarların işi və ya sadə DDoS hücumları deyil. Bunun arxasında bəzi ölkələrin kiber bölmələri dayanır. Hansıların olduğunu dünən qeyd etmişdik.

    Mütəxəssislərimiz yaranmış çətinliklərin aradan qaldırılması üçün çalışırlar. "Qlobal Media Qrup"unun layihələrinin Azərbaycan haqqında yalanların yayılmasına qarşı mübarizədə oynadığı mühüm rolu nəzərə alaraq, bunun sadəcə olaraq informasiya resurslarına hücum olmadığını, ölkəmizə qarşı məqsədyönlü informasiya təxribatı olduğunu başa düşmək lazımdır. Və vəziyyətin özü yalnız materiallarımızın effektivliyini təsdiqlədi.

    Sayta daxil olmaqda yaranan müvəqqəti problemlərə görə üzr istəyirik".

    ***

    "Global Media Group"un saytlarına yenidən daxil olmaq mümkün deyil. Bunun haker hücumu ya şirkətin özünün profilaktik tədbiri olması haqda hələ məlumat verilmir.

    Xatırladaq ki, 2 gün əvvəl "Global Media Group"un saytlarına kütləvi haker hücumu olmuşdu.

    "Global Media Group"a aşağıdakı saytlar daxildir:

    "Report.Az",

    "Oxu.Az",

    "Media.Az",

    "Baku.ws", '

    'Caliber.Az"

    "Baku.TV"