XƏBƏRLƏR / Media

"Jurnalistika ilə məşğul olduğuma görə günahkaram"

Bunu "Wikileaks"in rəhbəri Culian Assanj AŞPA-da çıxışı zamanı bəyan edib

"Jurnalistika ilə məşğul olduğuma görə günahkaram"
Culian Assanj
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Oktyabrın 1-də Culian Assanj Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsində çıxış edib.

    "Wikileaks"in rəhbəri: "Mən tam aydınlıq gətirmək istəyirəm: bu gün mən ona görə azadlıqda deyiləm ki, sistem işlədi. Bu gün mən azadam, çünki jurnalistika ilə məşğul olduğuma görə günahımı etiraf etmişəm.

    "Mənbədən məlumat almaqda günahımı boynuma aldım. Mənbədən məlumat əldə etməkdə təqsirli oldum. Və məlumatın nə olduğunu ictimaiyyətə çatdırmaqda təqsirli olduğumu etiraf etdim. Başqa heç nədə günahkar olmamışam".

    "WikiLeaks"in qurucusu bildirib ki, özünü qismən təqsirli bildikdən sonra azadlığa buraxılmasının şərtlərindən biri onun hökmə etiraz etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə iddia qaldırmamasıdır:

    "Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi və işimlə bağlı məlumat tələb etməyimi qadağan edən bəndin sazişə daxil edilməsində israrlı olan ABŞ idi".