Azərbaycan 2024-cü ildə neft hasilatını azaldacaq
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada 35-ci iclasında bu qərar verilib
OPEC+ Nazirlərinin Monitorinq Komitəsi Alyansın neft hasilatı üzrə gələcək planını müzakirə etmək üçün təkbətək iclas keçirib. Nazirlərin növbəti görüşünün noyabrın 26-da Vyanada keçirilməsi planlaşdırılır.
Toplanmış əsas məlumatlar:
◾️OPEC+ ölkələri 2024-cü il ərzində sutkada 40,46 milyon barel neft hasil edəcək;
◾️2024-cü il üçün Rusiyada neft hasilatı üçün kvota sutkada 9,828 milyon barel, Səudiyyə Ərəbistanında 10,478 milyon bareldir;
◾️Saudi Press Agency-nin məlumatına görə, Səudiyyə Ərəbistanı neft hasilatında könüllü azalma müddətini 2024-cü ilin sonuna qədər sutkada 500 min barel artıracaq. İyuldan ölkə əlavə olaraq bir ay ərzində gündəlik neft hasilatını 1 milyon barel azaldacaq;
◾️Oman neft hasilatını könüllü olaraq sutkada 40 000 barel azaltmaq qərarını 2024-cü ilin sonuna qədər uzadacaq, Energetika Nazirliyi bildirir;
◾️BƏƏ həmçinin neft hasilatını könüllü olaraq sutkada 144 000 barel azaltmaq qərarını 2024-cü ilin sonuna qədər uzadır;
◾️İraq - 2024-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq sutkada 211 min barel azaldılması qərarı verib;
◾️Küveyt neft hasilatını könüllü olaraq sutkada 128 000 barel azaltmaq qərarını 2024-cü ilin sonuna qədər uzadıb;
◾️Azərbaycan OPEC+ sazişi çərçivəsində 2024-cü ildə neft hasilatını sutkada 551 min barelə qədər azaldacaq;
◾️Rusiya könüllü azalma nəzərə alınmaqla 2024-cü ildə neft hasilatını sutkada 9,328 milyon barrelə qədər azaldacaq;
◾️OPEC+ ölkələri 2024-cü ildə ümumilikdə neft hasilatını sutkada 1,39 milyon barel azaldacaq.
“OPEC plus”un yeni qərarını şərh edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır:
“Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.”
“OPEC plus”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.