Azərbaycan 27-ci WPC Energy Konqresinə ev sahibliyi edəcək
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabındə paylaşım edib
Azərbaycan 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi edəcək.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabındə paylaşım edib.
Nazirin sözlərinə görə, “WPC Energy” təşkilatının prezidenti Pedro Miras ilə Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi etməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Pərviz Şahbazov qeyd edib ki, dünya neft sənayesinin beşiyi olan Azərbaycanda bu mötəbər tədbirin keçirilməsi qlobal enerji dialoqunda ölkənin rolunun gücləndirilməsi, beynəlxalq enerji tərəfdaşlıqlarının genişləndirilməsi, eləcə də dünya enerji sənayesinin tarixi kökləri ilə müasir inkişafının bir araya gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1 dəqiqədən az