Pərviz Şahbazov Emi Karlon ilə enerji layihələrindən danışıb
Energetika naziri və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili TRİPP marşrutunu da müzakirə ediblər
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon enerji layihələrini müzakirə etmək üçün görüşüblər.
Pərviz Şahbazov sosial mediada yazıb: "ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonla enerji layihələri və Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də Trampın Beynəlxalq Sülh və Rifah Təşəbbüsü (TRIPP) çərçivəsində əməkdaşlıq perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıq".
1 dəqiqədən az