XƏBƏRLƏR / Ticarət

Azərbaycan 3 ay ərzində 65 milyon dollarlıq qızıl satıb

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi açıqlayıb

Azərbaycan 3 ay ərzində 65 milyon dollarlıq qızıl satıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında xəbər verir ki, bu 2024-cü ilin I rübü ilə müqayisədə 3.5 dəfə və ya 46,7 milyon ABŞ dolları çoxdur.

    Qeyd edək ki, cari ilin mart ayı ərzində Azərbaycandan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.