XƏBƏRLƏR / Ticarət

Qızıl və gümüş bahalaşr

Bu barədə əmtəə bazarları məlumat yayıb

Qızıl və gümüş bahalaşr
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,07% artaraq 4 108,71 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,03% artaraq 48,17 ABŞ dolları olub.