XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti azalıb

Gümüşün də qiyməti düşüb

Qızılın qiyməti azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 2,63% azalaraq 4 561,9 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti isə 9,12% azalaraq 77,55 ABŞ dolları təşkil edib.