XƏBƏRLƏR / Ticarət

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Bu barədə Britaniyanın hərrac evlərindən biri məlumat yayıb

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə (1 funt sterlinq = 2,2 manat) satılıb.

    Bu barədə Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb. Bildirilir ki, saatın 150 min funt sterlinqə satılacağı ehtimal edilirdi.

    Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. Bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.