XƏBƏRLƏR / Ticarət

Qızıl ucuzlaşıb

Gümüşün isə qiyməti artıb

Qızıl ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,06% azalaraq 4 542,7 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti 2,01% artaraq 67,91 dollar təşkil edib.