“Səkkizinci Kilometr” bazarının ətrafındakı köşklər sökülür
Ticarət yalnız bazar daxilində davam edir
Bakının Nizami rayonunda “Səkkizinci Kilometr” kimi tanınan bazarın ətrafındakı köşklərin sökülməsinə başlanılıb.
Satıcılar bildiriblər ki, söküntüdən bir neçə gün əvvəl onlardan mallarını çıxarmağa çağırılıb. Və gecədən başlayaraq piştaxtalar sökülüb. Tapşırıq verilib ki, bazarın ətrafında asayiş bərpa olunsun.
Satıcıların sözlərinə görə, sökülmə zamanı onlara heç bir maddi ziyan dəyməyib. Ticarət yalnız bazar daxilində davam edir.
Nizami rayon İcra Hakimiyyətindən haqqin.az-a verilən məlumata görə, bazarın bilavasitə yaxınlığında küçə ticarəti aparılan piştaxtaların yığışdırılmasına başlanılıb.
Xatırladaq ki, bundan əvvəl metronun "20 Yanvar" stansiyasının daxilində çoxsaylı mağazaların işi dayandırılmışdı.