XƏBƏRLƏR / Ticarət

Azərbaycan-ABŞ ticarət dövriyyəsi ikiqatdan çox artıb

Bu barədə Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Azərbaycan-ABŞ ticarət dövriyyəsi ikiqatdan çox artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi ikiqatdan çox artıb

    2026-cı ilin yanvar-mart ayları arasında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296,2 milyon dolları keçib.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ABŞ ilə ticarət ölkənin ümumi ticarət dövriyyəsinin 3,14%-ni təşkil edib.