XƏBƏRLƏR / Ticarət

İrəvan Qazaxıstana ixracının artırılmasını müzakirə edir

Ermənistanın iqtisadiyyat naziri Papoyan Qazaxıstanda səfərdədir

İrəvan Qazaxıstana ixracının artırılmasını müzakirə edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvan və Astana Ermənistanın Qazaxıstana ixracının artırılmasını müzakirə ediblər.

    Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Almatıda Qazaxıstanın kənd təsərrüfatı naziri Saparovla görüşüb. Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarətin artırılması, birgə investisiya proqramlarının həyata keçirilməsi və müasir kənd təsərrüfatı texnologiyaları və təcrübələrinin mübadiləsi imkanlarını müzakirə ediblər.

    Papoyan Ermənistanın Qazaxıstana kənd təsərrüfatı və qida, xüsusən də şərab, meyvə-tərəvəz və balıq məhsulları ixracının artırılması potensialını vurğulayıb.