XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Məlumat Nyu-Yorkun COMEX əmtəə birjasından verilib

Qızılın qiyməti tarixi maksimumu yeniləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

    Birjalardan gələn xəbərdə deyilir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31.1 qr) üzrə dekabr fyuçerslərinin qiyməti 0,92% artaraq 4 041,22 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,48% artaraq 48,22 ABŞ dolları olub.