Xarici ticarət dövriyyəsinin profisiti $16 mlrd olacaq
Bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti DESA məlumat yayıb
2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 milyard dolları ötəcək.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA - Department of Economy and Sosial Affairs) analitiklərinin proqnozlarına görə, bu il üzrə Azərbaycanın ümumi ixrac həcmi 33 milyard 899 milyon dollar, idxalı isə 17 milyard 278 milyon dollar təşkil edəcək. Beləliklə, xarici ticarət balansında 16 milyard 620 milyon dollarlıq profisit yaranacaq.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə əsasən 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16 milyard 613 milyon dollar təşkil edib.