XƏBƏRLƏR / Ticarət

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 27% artıb

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 27% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2 milyard 502 milyon 654 min ABŞ dolları təşkil edib.

    Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur.

    7 ayda Azərbaycanın ümumi ticarət dövriyyəsinin 18,34%-i Çinin payına düşüb.

    Dövr ərzində Azərbaycandan Çinə 53 milyon 294 min ABŞ dolları həcmində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur. Yanvar-iyulda Çinə ixrac Azərbaycanın ümumi ixracının 0,35%-ni təşkil edib.

    Hesabat dövründə Çindən Azərbaycana məhsul idxalının həcmi 24,8% artaraq 2 milyard 449 milyon 360 min ABŞ dollarına çatıb. 7 ayda Çindən idxal Azərbaycanın ümumi idxalının 17,99%-i həcmində olub.