Azərbaycan xaricdən buğda idxalını 56 faiz artırıb
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 602 min 255 ton buğda idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞ dolları vəsait xərclənib.
Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 216 min 233 ton və ya 56%, dəyər ifadəsi ilə isə 45,482 milyon ABŞ dolları, yaxud da 53,4% artıb.
2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386 min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi.
Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın 1,13%-ini təşki edib.