Rusiya erməni konyakını qadağan etmək istəyir
Rusiya ixrac olunan erməni konyak və brendilərin güya 85 faizi standartlara uyğun gəlmir

Rusiya bazarında qanun pozuntusu olan erməni konyaklarının payı son yoxlamanın nəticələrinə görə 85%-ə çatıb.
“Soyuzkonyak” və “Anti-kontrafakt” şirkətlərinin birgə bəyanatında deyilir ki, yoxlanılan məhsulların əksər nümunələri konyak və brendi üzrə QOST-ların tələblərinə, eləcə də Rusiya qanunvericiliyinə cavab vermir. 50%-də qeyri-üzüm spirtinin istifadəsi aşkar edildi - bu cür məhsulları konyak adlandırmaq olmaz.
Rusiya bazarına keyfiyyətsiz konyak spirtinin gətirildiyi barədə əvvəllər bir neçə dəfə məlumat verilib.