Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 22% artıb
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 760 milyon 626 min ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.
7 ayda ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 5,56%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan ABŞ-a 42 milyon 179 min ABŞ dolları həcmində məhsul ixrac olunub. Bu, illik müqayisədə 59,2% azdır. Bu dövrdə Azərbaycanın ümumi ixracının 0,28%-i ABŞ-ın payına düşüb.
Yanvar-iyulda ABŞ-dan Azərbaycana 718 milyon 446 min ABŞ dolları dəyərində məhsul idxal olunub ki, bu da illik müqayisədə 16,9% artım deməkdir. 7 ayda ABŞ-dan məhsul idxalı Azərbaycanın ümumi idxalının 5,28%-i həcmində olub.