XƏBƏRLƏR / Ticarət

Qızılın qiyməti tarixi maksimumu yeniləyib YENİLƏNİB

Gümüşün də qiyməti artıb

Qızılın qiyməti tarixi maksimumu yeniləyib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:25

    Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiyməti 5 300 ABŞ dollarını keçərək tarixi maksimumunu yeniləyib.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:10-da 3,61% artaraq 5 305,56 dollarına bərabər olub.

    ***

    09:05

    Fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 5200 dollar həddini keçib.

    “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 05:45-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,64 faiz artaraq tarixi maksimum – 5216,7 dollar təşkil edib.

    "Comex"də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 8,89% artaraq 115,375 ABŞ dolları olub.