İran Azərbaycandan gələn məhsul idxalını azaldıb
Bu barədə İranın Gömrük Administrasiyasının statistikasında məlumat verilib.
Cari İran ilinin 5 ayı (20 mart -21 avqust 2024) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart -22 avqust 2023) müqayisədə dəyər baxımından 65%, çəki baxımından 45% azalıb.
Bu barədə İranın Gömrük Administrasiyasının statistikasında məlumat verilib.
Statistikaya əsasən, 5 ay (20 mart -21 avqust 2024) ərzində İranın Azərbaycandan məhsul idxalı 9,1 milyon dollar dəyərində 5,45 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə 21 mart -22 avqust 2023) İran Azərbaycandan 26 milyon dollar dəyərində 9,9 min ton məhsul idxal edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Əlavə edək ki, 5 ayda İran 26,3 milyard dollar dəyərində 15,7 milyon ton qeyri-neft məhsulları idxal edib. 5 ay ərzində İranın qeyri-neft məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5,53%, çəki baxımından 7,93% artıb.