XƏBƏRLƏR / Ticarət

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

Gümüş də ucuzlaşıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,46% azalaraq 3 995,35 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,48% azalaraq 47,818 ABŞ dolları olub.