Keçən ay Ermənistana $4,2 mln çox dəyərində mal ixrac edilib
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verib
Dövlət Gömrük Komitəsi: Bu ilin fevral ayında Azərbaycan Ermənistana 4,2 milyon dollardan çox dəyərində mal ixrac edib.
İxrac həcminin 4,220 milyon dollar olduğu bildirilib.
Bu rəqəmin Azərbaycanın ümumi ixrac həcminin 0,12%-ni təşkil etdiyi qeyd edilib. Lakin Ermənistandan Azərbaycana heç bir mal göndərilməyib.
1 dəqiqədən az